Mahir Emrelinin durumuna aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, bu haqda onun klubu “Kayzerslautern” açıqlama yayıb.
Qeyd edilib ki, 28 yaşlı hücumçu 2-ci bundesliqada “Herta”ya qarşı son ev oyununda meydana sonradan daxil olub, lakin təxminən 15 dəqiqə sonra meydanı tərk etməyə məcbur qalıb. Hücum hərəkəti zamanı “qırmızı şeytanlar”ın 10 nömrəsi bud nahiyəsindən zədə alıb. Sonrakı tibbi müayinələr nəticəsində məlum olub ki, bu, qasıq vətərinin qismən qopmasıdı.
Məlumata görə, Mahir bu səbəbdən ilin sonuna qədər meydana çıxa bilməyəcək.
“Kayzerslautern” Emreliyə tez və tam sağalmağı arzulayıb. Klub rəhbərliyi və tibbi heyət bu müddətdə onu tam dəstəkləyəcək və yaxından müşayiət edəcək.