Mahir yenə oynadı və uduzdu

22.08.2025 22:44 22
Aktual / Dünya futbolu
Bu gün Almaniyanın 2-ci bundesliqasında 3-cü tur start götürüb.

"Football-plus.az" xəbər verir ki Mahir Emrelinin şərəfini qoruduğu “Kayzerslautern” “Elversberq”in qonağı olub.

Mahir Emreli meydana start heyətində çıxıb və 72 dəqiqə oynayıb. Təəssüf ki, onun komandası cari mövsümdə 2-ci dəfə məğlubiyyətlə barışıb – 1:2.

Hadisələrin belə axarı nə Mahirə, nə də “Kayzerslautern”ə yaxşı bir şey vəd etmir.