Mahir yenə heyətdən kənarda qaldı

18.10.2025 18:32 18
Dünya futbolu
Mahir Emrelinin klubu "Kayzerslautern" 2-ci bundesliqada 9-cu tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə "Karlşluher"lə qarşılaşıb. Göüş "Kayzerslautern"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli bu matç üçün iştirak ərizəsində yer almayıb. 27 yaşlı hücumçu əvvəlki 5 görüşdə də baş məşqçi Torsten Liberknextin qərarı ilə sifariş vərəqinə daxil edilməmişdi.

Hazırda "Kayzerslautern" 18 xalla 4-cü sıradadı.

Xatırladaq ki, Mahir bu yay "Kayzerslautern"ə transfer olunub. O, hazırkı mövsümdə cəmi 3 bundesliqa oyununda meydana çıxıb və qol vura bilməyib.