Çempionlar Liqasında yubiley oyununu keçirdi

8.11.2025 10:52 35
Dünya futbolu
Çempionlar Liqasının (ÇL) liqa mərhələsinin 4-cü turunun PSJ ilə matçı Yoşua Kimmix üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın yarımmüdafiəçisi turnirdə 100-cü oyununu keçirib.

30 yaşlı Yoşua ÇL tarixində 100 matç həddinə çatan 52-ci futbolçudu. O, həmçinin “Bavariya”nın tarixində bunu bacaran 5-ci oyunçu olub. Daha əvvəl Tomas Müller, Manuel Noyer, Filip Lam və Oliver Kan da Münhen kllubu ilə ÇL-də 100 oyun keçiriblər.

Yeri gəlmişkən, Kimmixin “Bavariya” ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.