“Bavariya”da daha çox oynayacaq

10.06.2025 07:36 21
Dünya futbolu
Sven Ulrayx “Bavariya”da daha çox oynayacaq.

"Football-plus.az" xəbər verir ki, “Bavariya” futbolçusu ilə müqaviləni yeniləməyə hazırlaşır.

İnsayder Florian Plettenberqin məlumatına görə, Münhen klubu 36 yaşlı qolkiperlə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə ilə bağlı şifahi razılığa gəlib.

Klub Ulrayxın təcrübəsini, sabit çıxışını və fədakarlığını yüksək qiymətləndirir. O, yeni mövsümdə Manuel Noyer və Yonas Urbiqdən sonra 3-cü qapıçı rolunu oynayacaq.

Sven ötən mövsüm “Bavariya”nın heyətində 2 oyun keçirib, bu oyunda 1 qırmızı vərəqə alıb və 2 qol buraxıb.