“Real”da oktyabr ayının ən yaxşı oyunçusu məlum olub.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada İspaniya klubunun 20 yaşlı yarımmüdafiəçisi Arda Güler qalib gəlib. Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, gənc futbolçu azarkeşlər arasında keçirilən səsverməyə əsasən bütün oyundaşlarını qabaqlayıb.
Arda bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 19 matçda 4 qol vurub, 7 dəfə assist edib.