Klubunda hamını arxada qoydu

11.12.2024 14:54 281
Dünya futbolu
“Mançester Yunayted”də noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyada Nussair Mazraui qalib gəlib. Bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumatda mərakeşli müdafiəçinin səsvermədə 55 faizlə qalib olduğu bildirilib.

Xatırladaq ki, 27 yaşlı futbolçu ötən ay 5 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.