 
17 yaşadək qızlardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib.
"Football-plus.az" xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan komanda Moldova ilə üz-üzə gəlib. Kişinyovda keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk görüşdə Uelsə 0:7, ikinci matçda Kosovoya  0:6 hesabı ilə məğlub olub.