 
Bu gün 17 yaşadək qızlardan ibarət yığmamız Avropa çempionatının seçmə mərhələsinin B Liqasının 1-ci qrupunda son oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək.
Qarşılaşma Kişineuda, Bakı vaxtı ilə saat 15.00-da start götürəcək.
Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.