Məşhur futbolçunun oğlu ilə müqavilə bağlanıldı

26.10.2025 04:54 18
Dünya futbolu
Karyerasını 2023-cü ildə başa vuran slovakiyalı sabiq futbolçu Marek Hamşikin oğlu Kristian bundan sonra “Kopenhagen”ə məxsus olacaq.

"Football-plus.az" xəbər verir ki, Danimarka klubu rəsmi saytı vasitəsilə onunla müqavilə imzalandığını açıqlayıb.

Yeniyetmə futbolçu 2026-cı ilin yanvarında, 16 yaşı tamam olanda klubun gənclərdən ibarət komandasına qoşulacaq. Qeyd edək ki, Kristian bu il iki dəfə “Kopenhagen”in düşərgəsində olub və müsbət təsir bağışlayıb.

Xatırladaq ki, onun məşhur atası Marek karyerası ərzində “Slovan”, “Breşia”, “Napoli”, “Dalyan Pro”, “Göteborq” və “Trabzonspor”da çıxış
edib. Slovakiya yığmasında 138 oyuna 26 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul