Klopp “Enfild”ə nə vaxt qayıdacaq?

12.03.2025 14:47 10
Dünya futbolu
Yürgen Klopp maraqlı açıqlama verib. “Liverpul”un sabiq baş məşqçisi mersisaydlılar haqda danışıb.

Qeyd edək ki, Klopp “Liverpul”u 2015-ci ildən ötən yayadək çalışdırıb. O, hazırda “Red Bull” şirkətində futbol bölməsinin rəhbəridi. Alman mütəxəssis bu il keçmiş klubunu ziyarət edəcəyini deyib:

“Yəqin ki, “Liverpul”un cari mövsüm premyer-liqada keçirəcəyi sonuncu ev oyununda stadionda olacağam. Hazırda planım budu. Düzünü deyim ki, “Enfild”ə daha tez getmək niyyətim yoxdu. Çünki uğursuzluq gətirmək istəmirəm”.