FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yaıb.
Məsiyev Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Yurqorden” (İsveç) - “İlves” (Finlandiya) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Əliyar Ağayev VAR, İnqilab Məmmədov isə VAR hakiminin köməkçisi kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 15-də Stokholm şəhərində yerləşən “Stokholm Arena”da keçiriləcək.