Elçin Məsiyev Çempionlar Liqasına

18.07.2025 11:57 21
Ölkə futbolu
FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, ədalət təmsilçisi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Ludoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR hakimi, digər referimiz Əliyar Ağayev isə VAR hakiminin köməkçisi kimi fəaliyyət göstərəcək.

Görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul