“Bizim komanda meydanda ürək qoydu, xarakter göstərdi” - Jorj Kaşkilya

18.10.2025 17:29 34
Ölkə futbolu / Manşet
Misli premyer liqasının 8-ci turunda “İmişli” “Qəbələ” ilə heç-heçə etdi - 2:2.

“Football plus az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında nominal meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablayıb.

- Çox çətin oyun idi. “Qəbələ” də çətin rəqibdi. Güclü və sürətli oynayırlar. Onlar 4 yox, daha çox xal qazanmalı komandadı. Bərabər səviyyəli oyun keçdi. Taktiki dəyişikliklər özünü göstərdi. Bizim komanda meydanda ürək qoydu, xarakter göstərdi. 0:2 geridə olduğumuz oyunda xal qazandıq. Yaxşı nəticədi, razıyam.

- Sxadadze Ronaldonun qırmızı vərəqə almamasını qabartdı. Mütəxəssis kimi cavab verin: sizcə, heç sarı vərəqə də yox idi?
- Şərh verməyəcəm.

- İkinci oyundu iki qol buraxırsız. Müdafiədə etibarın itməsinin səbəbi nədi?
- Bu oyunun hissəsidi. Rəqiblər də güclüdü. Müdafiədə problem yox idi. “Araz-Naxçıvan” da, “Qəbələ” də güclü komandadı. Qol buraxmaq istəməzdik. Əsas məqsəd xal qazanmaqdı.

MÜZƏFFƏR QULUZADƏ