Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, təmsilçilərimiz qadın həndbolçular arasında Avropa çempionatının ikinci qrup mərhələsinin Serbiya - Litva görüşünün hakimləri olacaqlar.
Matç oktyabrın 16-da Belqrad şəhərindəki "Voydovaç" İdman Mərkəzində keçiriləcək.