Elçin Səmədli Avropa çempionatının oyunlarına təyinat aldı

28.04.2022 17:42 635
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o qadın futbolçulardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının ilkin seçmə mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Bu qrupda Sloveniya, Qazaxıstan, Bosniya və Herseqovina və Litva milli komandaları mübarizə aparacaq. Oyunlar may 11-dən 14-dək Litvada təşkil olunacaq.