Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları daha bir təyinat alıblar.
"Football-plus.az" xəbər verir ki, onlar kişi həndbolçuların EHF Avropa kuboku turnirində Türkiyənin “Beşiktaş Yurtbay Seramik” və Litvanın “HC Qranitas-Karis Kaunas” komandalarının görüşlərini idarə edəcəklər.
Yarışın ikinci mərhələsinin qarşılaşmaları İstanbulda təşkil olunacaq. Rəqiblər noyabrın 5-də və 6-da “Süleyman Seba” idman arenasında üz-üzə gələcəklər.
Beynəlxalq dərəcəli hakim inspektor İskəndər Əsgərov da yeni təyinat alıb. O, Bolqarıstanın “HC Lokomotiv G. Oryahovitsa” və Niderlandın “Kembit-Lions” komandalarının EHF Avropa kuboku turnirinin ikinci mərhələ oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.