“AFFA-dan soruşun” - Rəşad Eyyubov hansı suala cavab vermədi?

14.10.2025 21:33 52
Ölkə futbolu / Manşet
21 yaşadək millikərin AÇ-2027-ninu seçmə mərhələsi oyununda yığmamız Şotlandiyalı həmyaşıdları ilə heç-heçə etdi - 3:3

Oyunsonrası mətbuat konfransında millimizin baş məşqçisi Rəşad Eyyubov media önünə çıxıb.

- Oyun çox çətin oldu. Qələbəyə çox yaxın idik. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Amma yaxşı oynadıq. Rəqib də yaxşı komandadı.

- Rəqib azlıqda olsa da, ikinci hissədə də üstün idi. Bu sizin tapşırığınız idi, yoxsa rəqib sıxmışdı?
- Oyundan əvvəl planımız var idi. Hiss edirdik ki, rəqib hücumlara çıxacaq. Əks-hücumları planlaşdırırdıq. 90 dəqiqə bizim üçün çətin oldu.

- Bir xal qazandıq, yoxsa iki xal itirdik?
- 2 xal itirdik.

- Xəyalın hərəkətini nə dərəcədə düzgün sayırsız?
- Cavan oyunçudu. Danışacağıq ki, belə lazımsız hərəkətlər olmasın.

- Təyinat nə qədər müvəqqəti oldu? Sizi kim dəvət etdi?
- Mənim üçün bunun fərqi yoxdu. 100%-dən artıq çalışıram, işləyirəm.

- Sizi kim dəvət edib? Axı müvəqqəti təyinatı belə AFFA İcraiyyə Komitəsi təsdiqləməlidi.
- AFFA-dan soruşun.

- Bu heyətlə bu qrupda nəyə nail ola bilərik?
- Biz bu oyunu fikirləşirdik. Bizim üçün bütün oyunlar vacibdi. Yaxşı komandayıq.

- Xəyal cavandı deyə emosionalsız. Siz axı təcrübəlisiz...
- Bu normaldı.

- Oyundan əvvəl Ayxan Abbasovla məsləhətləşmə oldu?
- Biz daimi telefonla əlaqə saxlayırıq. Nə isə lazım olanda özüm soruşuram. Onun təcrübəsi çoxdu.

MÜZƏFFƏR QULUZADƏ