"Yəqin Şahin müəllim əsəbi olub" - Adil Şükürov

14.04.2024 19:20 212
Premyer-liqa / Manşet
"Kəpəz" Misli premyer-liqasının 30-cu turunda səfərdə "Səbail"lə 3:3 hesablı heç-heçə edib.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik. Bizdən gözləntilər çox idi. Birinci hissədə komanda çox yaxşı futbol oynadı. Bunun nəticəsində 2 qol vurduq. Gözlənilməz əvəzetmələr oldu. Bundan sonra oyunumuzda düşüş hiss olunurdu. İkinci hissənin əvvəlində diqqətsizlikdən qollar buraxdıq. Son dəqiqələrdə Mate Kvirkiyanın vurduğu mükəmməl qolla 1 xal qazandıq.

- İlk hissədəki qələbə gözəl idi, yoxsa son dəqiqə qolu ilə qazanılan 1 xal?
- Birinci hissədə qələbəyə daha yaxın idik. Mükəmməl qoldan sonra heç-heçə də bizim üçün xoş oldu.

- İkinci hissədə müdafiə xəttində nə baş verdi?
- Fasilədə futbolçulara tapşırdıq ki, diqqətli olun, oyun hələ bitməyib. Ani diqqətsizlik oldu. Komanda tam olaraq özünə gəlməmiş 2-ci qolu buraxdıq.

- Təbii örtüklü meydançada məşq edirsiz. Bu gün süni meydançada oynadız. Zədələrin bununla əlaqəsi var?
- "Səbail"in stadionunun ot örtüyü bir az fərqlidi. Burada oynamaq çətin olur. Tovuzda da süni örtükdə oynayırıq, amma belə zədələr olmur.

- Şahin Diniyev oyundan sonra sizinlə görüşmədi. Nə baş verib?
- Heç bir şey olmayıb. Yəqin Şahin müəllim əsəbi olub. Burada problem yoxdu.

- Hakimlikdən razı qaldız?
- Hakimlik haqda çox danışmağa dəyməz. Onlar da insandı. Baxış bucaqları fərqli ola bilər.