“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinə dəvət edilib.
“Football-plus.az” xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Kamerun və Liviyaya qarşı keçiriləcək oyunlar üçün yığmaya dəvət alıb. "Qarabağ"ın digər kabo-verdeli futbolçusu Leandro Andrade isə milliyə çağırılanlar sırasında yoxdu.
Qeyd edək ki, Kamerunla oyun iyunun 8-də, Libiya ilə görüş is iyunun 11-də keçiriləcək.