“Roma”nın hücumçusu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşada yığmamıza qarşı keçirdikləri matçı belə dəyərləndirib:
“Meydana qollar vurmaq üçün çıxmışdıq. Sürətli oynamalı, rəqibi yormalı və təzyiq yaratmalıydıq. Qol şansları əldə etdik. Ancaq rəqib qarşılaşma ərzində yaxşı müdafiə olundu. Üç mərkəz müdafiəçisindən ikisi daim yanımdaydı. Təbii ki, belədə mənim üçün heç nə asan olmadı. Ancaq digər tərəfdən komanda yoldaşlarımın qol vura bilməsi üçün imkanlar yarandı. Hər halda, bundan sonra səhvə yol verməməliyik. Turnir cədvəlindəki vəziyyət gərgindi. Ümid edirəm ki, noyabrda hamı bura zədəsiz qayıdacaq və döyüşə hazır olacağıq”.
KƏNAN BAHADIR




