“Azərbaycanın qrupdakı ən çətin rəqib olacağını gözləyirdik. Səfər oyununun ikinci hissəsində yanıldığımızı gördük. İlk hissədəki epizodlarımızın qola çevrilməməsini nəzərə almadan bunu deyirəm. Çünki onların qapıçısı daş hasar kimi idi. Yaxşı ki, meydandan çıxdı və asan qollar vurduq” - “Football-plus.az” xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin futzalçısı Birjan Orozov deyib. O, DÇ-2024-ün elit mərhələsində sabah keçiriləcək oyun haqda da danışıb:“Düşünürəm ki, Bakıda keçirilən matçın davamını gətirəcəyik. Azərbaycana daha bir neçə qol vurmaq üçün meydana çıxacam. Ümid edirəm ki, rəqib oyuna daha ciddi hazırlaşıb”.
Xatırladaq ki, Azərbaycan – Qazaxıstan matçında qapımıza vurulan qollardan birinin müəllifi məhz Birjandı.
KƏNAN BAHADIR