"Footbal-plus.az" xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov "CBC Sport"a açıqlamasında deyib.
O, premyer-liqanın 9-cu turu çərçivəsində "Sumqayıt" üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib. Qurbanov ilk yarı başa çatmamış Samir Abdullayevi Ruslan Hacıyevlə əvəzləməsinə də aydınlıq gətirib:
"Mərkəz müdafiəçilərimiz yox idi deyə, Cabir Əmirli ilə Nihad Qurbanlını həmin mövqedə oynatdıq. Müdafiə xəttimiz yaxşı çıxış etdi. "Sumqayıt"ın qol epizodu olmadı. Uşaqları təbrik edirəm, onlar əllərindən gələni etdi. Samirin əvəzlənməsi gəlincə, əslində, ilk yarının bitməsini gözləyirdim. Ruslan Hacıyevin zədəsi olduğu üçün Samiri onun mövqeyində oynatdıq. Amma bu, onda yaxşı alınmadı. Məhz bu səbəbə görə də məcburiyyətdən əvəzləməyə getdik. Ruslanda daha çox kreativlik var, sürətlidi. Onu meydana buraxmaqla risk etdik".


