• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Superliqa qayıdır? - “Real”la “Barselona” UEFA-ya yeni təkliflə üz tutdu

Dünya futbolu

14-10-2025, 12:0

Çempionlar Liqasında yeni formatın işə düşməsi ilə Superliqa yaradılmasının təşəbbüskarı olan klubların bu ideyadan əl çəkdiyini düşünürsüzsə, ciddi şəkildə yanılırsız.

“Mundo Deportivo” nəşri xəbər verir ki, “Real”la “Barselona” məşhur və qalmaqallı ideya üzərində işi davam etdirir, artıq məyyən uğurlara da nail olublar.

İki qrup və pulsuz translyasiya
İspaniya nəşrinin iddiasına inansaq, Superliqanın yaradıcılarının (xatırladaq ki, indi bunlar “Real”, “Barselona” və A22 şirkətidi) yeni ideyası əvvəllər irəli sürülən tələblərlə müqayisədə yetərincə yumşaqdı. Təşkilatçılar daha yeni turnir yaratmaq istəmir – bunun əvəzində Çempionlar Liqasında islahat aparmağı təklif edirlər. Cəmi iki təşəbbüs var, amma hər biri də qlobal xarakter daşıyır.
Yaradıcıların ilk ideyası belədi – indiki ümumi mərhələni hər birində 18 komanda olan iki qrupa ayırmaq: 1-dən 18-ə və 19-dan 36-ya qədər.

Komandalar bu qruplarda UEFA reytinqinə əsasən yer alacaq. Beləcə 1-ci qrupa top-klubların düşməsi təmin olunacaq, ikinciyə isə bütün başqaları. Və pley-offa qədər fərqli qruplarda olan komandaların yolları kəsişməyəcək. Belə şərtlər daxilində məhz ilk qrupda olan komandaların Superliqa ideyasına yaxın görünəcəyini anlamaq üçün elə bir dərin zəka lazım deyil.

Pley-offa çıxış qaydası da dəyişir – birinci qrupun ən yaxşı 8 komandası birbaşa 1/8 finala adlayır. Pley-offda qalan 8 yerin sahibi isə 1-ci və 2-ci qrupda olan komandalar arasında keçiriləcək cüt oyunlarda müəyyənləşir. Ancaq qrupların bu cüt oyunlarda hansı proporsiya ilə təmsil olunacağı bilinmir.

“Real”la “Barsa”nın ikinci qlobal ideyası teleyayın hüququ ilə bağlıdı – klublar oyunların indiki formatda (təsvir hər ölkəyə ayrı-ayrılıqda satılır) yox, UNIFY meqaplatformasında yayınını təklif edir.

“Mundo Deportivo” yazır ki, bu tətbiq “tamaşaçı təcrübəsini yaxşılaşdırmağa” imkan verəcək. Çox güman, yeni tətbiq daha çox pul gətirəcək - UNIFY platformasında Çempionlar Liqasının oyunlarına pulsuz baxmaq mümkün olacaq. Yeri gəlmişkən, turnirin adını dəyişmək də planlaşdırılmır, yəni yenə də Çempionlar Liqası olacaq.

Belə görünür ki, UEFA islahat təkliflərinə indi əvvəlki qədər radikal münasibət göstərmir. Adı çəkilən nəşrə inansaq, son 8 ayda tərəflər məxfi şəraitdə yeddi dəfə görüşüb. Onlar arasındakı münasibətlər indi əvvəlkindən daha mülayimdi. “Mundo Deportivo” yaradıcı klubların indiki təşəbbüsünü hətta çoxillik qarşıdurmaya son qoya biləcək “yekun sülh sazişi” adlandırır.

Çoxüzlü Superliqa
Avropa futbol ictimaiyyəti üçün indiki təşəbbüs son bir neçə ildəki 4-cü və birmənalı şəkildə ən hiyləgər ideyadı. Əvvəllər Superliqa ideyasının yaradısıcı olan klublar daha kobud davranırdı.

Xatırladaq ki, Superliqa ideyası dünya futbolunun radarlarında ilk dəfə 2021-ci ilin yazında görünüb. Həmin il aprelin 18-də 12 yaradıcı klub “futbolu haqq etdiyi yerə çıxarmaq” üçün yeni turnirin yaradıldığını elan etdi. Onda təşəbbüsün başında “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, “İnter”, “Milan”, “Yuventus”, “Atletiko”, “Real” və “Barselona” dayanmışdı.

Superliqa 1.0 istisnasız elit turnir olacaqdı – orda 15 yaradıcı klub (12-nin adını çəkdik), həmçinin açıqlanmayan prinsil əsasında seçiləcək daha 5 komanda iştirak edəcəkdi.

Ancaq format tezliklə unuduldu. Əsasən də ona görə ki, cəmi iki gün sonra yaradıcı klubların sırası seyrəldi. UEFA, FİFA və yerli assosiasiyalar təşəbbüsü tənqid edərək iştirakçıları ən sərt sanksiyalarla hədələdilər. Hətta ölkədaxili turnirlərdə iştriraka qadağa qoyulacağına qədər. Və belə yanaşma özünü doğrultdu. Artıq aprelin 21-də Superliqada yalnız üç komanda – “Real”, “Barselona” və “Yuventus” qaldı. 2023-cü ilin iyununda turinlilər də layihədən çıxdılar.

Düzdü, bu məqam İspaniya nəhənglərini təslim olmağa sövq etmədi: “Yuventus”un gedişindən yarım il sonra onlar yeni, daha “xəlqi” format təklif etdilər – 64 komanda, üç liqa və milyardlarla mükafat fondu.

Yeni qaydaların dərc olunduğu gündə Avropa Məhkəməsinin UEFA-nın Siperliqa ilə mübarizəsini qeyri-qanuni hərəkət adlandırması təşkilatçıların inamını bir qədər də artırdı. Amma yeni format uğur qazanmadı – Superliqanı tərk edən 9 klub bur daha bu ideyanı dəstəkləmədiyini bildirdi. Təşkilatçılar növbəti dəfə 2024-cü ilin dekabrında peyda oldu – bu dəfə 96 komanda, rebrendinq (“Birləşmiş liqa”) və başqa ideyalar ilə. Ancaq Çempionlar Liqasının yeni formatı fonunda bütün bunlar futbol ictimaiyyətinə maraqsız göründü.

“Mundo Deportivo”ya inansaq, “Real”la “Barselona” hələ də təslim olmayıb və belə görünür ki, müəyyən uğura nail ola bilərlər. Ancaq UEFA-nı daha bir islahata məcbur etmək mümkün olacaqmı? Maraqlı və cavabı zaman tələb edən sualdı.

Yeri gəlmişkən...
“Barsa”nın prezidenti Xuan Laporta dörd səbəbə görə Superliqa layihəsindən imtina etmək və UEFA ilə əməkdaşlığı gücləndirmək qərarına gəlib.

“El Mundo”nun yazdığına görə, səbəblərdən birincisi odu ki, “Barselona” yeni turnirdə iştirakdan vəsait alsa belə, yenə də UEFA-dan alacağı maliyyəyə ehtiyacı olacaq.

İkincisi, Çempionlar Liqası oyunlarının keçirilməsi üçün meyarlar La Liqa ilə müqayisədə daha sərt olduğundan, “Barselona” yenilənmiş “Kamp Nou” stadionunun açılışında UEFA prezidenti Aleksander Çeferinin dəstəyini almaq istəyir. UEFA-nın martda stadionla bağlı ekspertiza aparması planlaşdırılır.

Üçüncüsü, hələ də araşdırılan “Neqreyra işi”nin yaratdığı uzunmüddətli təhlükə qalmaqdadı. Kataloniya klubu hakimlərə rüşvət verməkdə təqsirli bilinərsə, UEFA onu Çempionlar Liqasından kənarlaşdıra bilər.

Dördüncüsü, Laporta hesab edir ki, “Barselona”da 2026-cı ildə keçiriləcək prezident seçkisi ərəfəsində UEFA ilə münasibətləri yaxşılaşdırmaq faydalı olacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-09-2022, 23:0

UEFA yeni turnir yaratmaq arzusunda

Dünya futbolu

13-11-2022, 10:0

“Avropa futbolu dünya idmanında aparıcı rolunu itirir”

Dünya futbolu

14-02-2023, 12:0

Premyer-liqa klubları Superliqada olmayacaq

Dünya futbolu

17-10-2024, 11:0

Artıq “Barselona”ya lazım deyil

Dünya futbolu

27-04-2022, 17:0

"Real", "Barselona" və "Yuventus" ÇL-dən kənarlaşdırıla bilər

Dünya futbolu

28-10-2022, 14:0

Superliqa ideyası İspaniya futbolunda çaxnaşma yaradıb

Aktual
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
"Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
“İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
“Qardaş ölkə topa nəzarət etsə də, uduzdu” – Türkiyənin çatışmazlığı nə idi?
“Neftçi” Varqas üçün milyonyarım ödəyəcək?
Son xəbərlər
  • Bu gün, 00:57
    Avropa çempionu debütantla bacarmadı, Belçika - Misir oyununda heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:25
    CAS-ın "Turan Tovuz"la bağlı qərarı açıqlandı - SON DƏQİQƏ
  • Dünən, 23:20
    Milli komandada yeni müqavilə
  • Dünən, 23:00
    İngilislər üçün böyük təhlükə
  • Dünən, 22:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:32
    MBA ilə MHL-də çempion müəyyənləşdi - Tramp təbrik etdi
  • Dünən, 22:21
    "Şəfa" üç futbolçunu yola saldı
  • Dünən, 21:37
    Messi və Ronaldo üçün 6-cı DÇ, Mbappe üçün Klozeni ötmək imkanı
  • Dünən, 21:07
    "Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
  • Dünən, 20:59
    Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
  • Dünən, 19:58
    ''Neftçi''nin sabiq ulduzu efirdə ağzına gələni danışdı! - ''11'' nömrə kimdi?''
  • Dünən, 19:12
    "Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
  • Dünən, 18:41
    Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri
  • Dünən, 18:27
    AFFA-nın baş katibi FİFA-nın sammitində
  • Dünən, 18:06
    İki boksçumuz Dünya kubokuna qələbə ilə başladı
  • Dünən, 17:50
    Terim DÇ-yə məğlubiyyətlə başlayan Türkiyəyə məsləhətlər verdi
  • Dünən, 17:10
    “İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
  • Dünən, 16:30
    "Kəpəz"in sabiq qapıçısı "Şəfa"da
  • Dünən, 16:25
    "Pafos" Murad Məmmədovun keçidini açıqladı
  • Dünən, 15:53
    Parisi tərk edəcək
  • Dünən, 14:55
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 14:37
    FİFA ABŞ-yə buraxılmayan hakimin pulunu ödəyəcək
  • Dünən, 14:13
    Topuriyanın məğlubiyyətsizlik seriyası başa çatdı - Castin Qetji Ağ Evdə kəmərin sahibi oldu
  • Dünən, 13:43
    Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram”
  • Dünən, 13:22
    “Sabah” basketbol klubunda yeni təyinat
  • Dünən, 12:51
    Avstraliya tarixində bir ilkə imza atdı
  • Dünən, 12:20
    Arda Turan ilin məşqçisi seçildi
  • Dünən, 11:59
    “Bizlə cinayətkarlar kimi davranırlar” - Seneqal və Özbəkistan yığmaları sərt yoxlamaya məruz qalıb
  • Dünən, 11:28
    “Qardaş ölkə topa nəzarət etsə də, uduzdu” – Türkiyənin çatışmazlığı nə idi?
  • Dünən, 10:57
    “Turan”da kütləvi ayrılıq
  • Dünən, 10:26
    “Neftçi” Varqas üçün milyonyarım ödəyəcək?
  • Dünən, 10:00
    Kot d'İvuar və İsveçdən qələbə - DÇ səhəri
  • 14-06-2026, 23:0
    “10 gün keçəndən sonra mənə yaxınlaşıb bonus istəyirdilər ki, pulumuzu...” – Ağasəlim Mircavadov
  • 14-06-2026, 23:0
    Almaniya debütantı darmadağın etdi - DÇ gecəsi
Daha çox
Oxunub: 500
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 274
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 263
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 250
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 226
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə