• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Superliqa ideyası İspaniya futbolunda çaxnaşma yaradıb

Dünya futbolu

28-10-2022, 14:0

İspaniya futbolunun üzərini yenə qara buludlar alıb.

İş ondadı ki, elə bu həftəsonu 2022/23 mövsümü dayandırıla bilər. İdman haqqındakı yeni qanundan narazı olan La Liqa və Sequnda klubları ölkədaxili yarışları boykot etməyə hazırlaşırlar.

COPE-nin xəbərinə inansaq. La Liqa rəhbərliyi bu gün klubların növbədənkənar iclasını keçirəcək. Məhz həmin iclasda yerli komandaların Avropa Superliqasında iştirakını nəzərdə tutan yeni qanuna görə İspaniya çempionatının boykot olunması haqda qərarın verilməsi gözlənilir. Avropanın böyük hissəsini silkələyən Superliqa ideyasında mümkün iştirak La Liqa rəhbərliyinin nəhəng investisiya fondu CVC ilə bağladığı 2 milyar avroluq müqavilənin taleyini təhlükəyə atır. Məhz bu üzdən klublar qanundakı yeniliyin əleyhinə çıxış edir. İspaniya mediasının yaydığı xəbərə görə, ölkə çempionatının ilk iki divizonunda mübarizə aparan 42 komandadan 39-u qanunun yeni variantının əleyhinədi. Qanuna düzəlişi yalnız “Real”, “Barselona” və “Atletik” dəstəkləyir. Aşağıda İspaniya futbolundakı yeni çaxnaşmaya aydınlıq gətirməyə çalışacağıq.

Yuxarıda da vurğuladığımız kimi, İspaniya klublarını qayğılandıran əsas məqam CVC investisiya fondu ilə imzalanan 2 milyard avroluq müqavilənin gələcəyinin sual altına düşməsidi. Zamanında bu qurumla sövdələşçənin lehinə 42 komandadan 38-i səs vermiş, yalnız “Real”, “Barselona”, “Atletik” və “Ovyedo” əlayhinə çıxış etmişdi. Əsasən də kiçik və orta klublar narahatdı, onlar artıq CVC-dən gələn qazancdan da yararlanmaqdadı.

• “Osasuna” fondla sövdələşmədən gələn pul hesabına özünün “Taxonar” məşq bazasını bütün infrastrukturu ilə birgə 15 milyon avroya alıb. Baza buna qədər Navarranın regional hakimiyyət orqanlarına məxsus idi. Bundan başqa, pamplonalılar CVC-dən gələn pulu yarımmüdafiəçi Moy Qomesin keçidinə xərcləyiblər ki, onsuz da məhdud olan transfer büdcəsini çox yükləməsinlər.

• “Betis” bu yay yeni məşq bazasının tikintisinə başlayıb və CVC ilə sövdələşmədən gələn pulu bu istiqamətdə xərcləməyi planlaşdırır (“Espanyol”, “Kadis” və “Selta”nın da belə planı var). Sevilya klubu həmçinin rəqəmsal dünyada biznesə başlamaq fikrindədi (bu mövzuda konkretlik yoxdu), bu layihənin ümumi həcmi 70 milyon avrodu. Yeni layihə də CVC ilə anlaşma sayəsində gerçəkləşməlidi.

• “Real Sosyedad” da məşq bazasında işlər görməyi planlaşdırır. San-Sebastyan klubu CVC-dən gələn pul hesabına əvəzedici heyətin stadionunu yaxşılaşdırmaq, qadın komandası üçün arena tikmək, həmçinin otüstü hokkey üçün meydan salmaq istəyir.

• “Xetafe”, “Vilyarreal”, “Valyadolid”, “Almeriya”, “Elçe” və “Jirona” CVC ilə sövdələşməyə görə alacağı pulu təkcə məşq bazalarının yox, həm də stadionlarının yenilənməsinə xərcləyəcək.

• “Valensiya”, ümumiyyətlə, bir neçə dəfə dondurduğu layihəni işə salmaq – “Nueva Mestalya” stadionunun tikintisini başa çatdırmaq fikrindədi. İnvestisiya fondunun pulu lap yerinə düşdü – bu yay stadionda işlər, nəhayət, canlandı.

• Hələ biz marketinq yatırımlarını nəzərə almırıq – məsələn, “Sevilya” pulu beynəlxalq brendin inkişafına xərcləmək istəyir. “Atletiko”nun niyyəti infrastrukturu və texnoloji inkişafı yaxşılaşdırmaq, həmçinin borcları bağlamaqdı.

Yeni qanunun mahiyyəti nədi?

İspaniya Sosialist İşçi Partiyası (PSOE) parlamentin son iclaslarından birində İdman haqqında qanuna yeni düzəlişlər təklif edib. Düzəlişlər İspaniya komandalarının ölkədaxili yarışlarla paralel Superliqada iştirakına da icazə verilməsini nəzərdə tutur. Bu təklif komandalarının əksərinin xoşuna gəlməyib: aydın məsələdi ki, “Real”la “Barselona” Superliqaya qatılacağı təqdirdə CVC, deməli, həm də bu qurumdan indiyə qədər alınan və bundan sonra alınacaq pullar ilə bağlı problem yaranacaq.

Oktyabrın 17-də İspaniyanın mədəniyyət və idman naziri Mikel İseta La Liqa və 14 klubun təmsilçiləri ilə görüşdü. Klub nümayəndələri qanuna təklif olunan düzəlişlə bağlı narahatlığını gizlətmədi. Onlar həmçinin daha radikal addım atılmasını, yəni “Real”la “Barselona” Superliqaya qatılarsa, bu nəhəng klubların milli çempionatda iştirak üçün lisenziyalarının alınmasını təklfi etdi.

Klubları həyəcanlandıran daha bir məqam odu ki, düzəlişlər qəbul olunarsa, Luis Rubialesin rəhbərlik etdiyi İspaniya Kral Futbol İttifaqının hakimiyyət dairəsi genişlənəcək.

İspaniya Xalq Partiyası isə PSOE partiyasının əksinə, “Real”ın prezidenti Florentino Peresin qalan klublara ehtimal olunan təzyiqi üzündən düzəlişlərin əleyhinə çıxıb. Bu partiya belə hesab edir ki, İdman haqqında qanunu dəyişməyin təbəbbüskarı və ideya müəllifi məhz “Real”ın prezidentidi. COPE-nin yaydığı xəbərə görə, La Liqanın və klubların təmsilçiləri nazirlə görüşdən razı ayrılıblar. Onlar oktyabrın 20-də veriləcək yekun qərarı gözləyirdilər. Amma həmin gün yeni düzəlişlər ləğv olunmadığından artıq bu həftəsonu mümkün tətil və boykot ilə bağlı söhbətlər getməyə başladı. Konkret klub adları çəkilməsə də, artıq demək olar ki, son qərar İspaniya futbol ictimaiyyətinin böyük hissəsinin xoşuna gəlməyib.

Bəs Superliqa ideyası nə yerdədi?

Yaxınlarda yenidən turnirin işə düşəcəyi ilə bağlı xəbərlər yayıldı. Hətta konkret tarix kimi 2024/25 mövsümü də göstərilir. Turnirlə bağlı ideyanı hələ ki 12 yaradıcı klubdan üçü – “Real”, “Barselona” və “Yuventus” dəstəkləyir. Artıq təkcə tarix yox, konkret funksionerlər ilə bağlı da xəbərlər gəlməkdədi: layihənin yaradıcıları baş direktor vəzifəsini “A22 Sports Management” şirkətindən Bernd Rayharta tapşırıblar. Turnirin formatı ilə bağlı ilkin ideyada da dəyişiklik var: hansısa komandalarının iştirakının təminat altına alınmasından imtina olunur, bunun əvəzində təşkilatçılar daha çox klubla müzakirə əsnasında yeni format hazırlayırlar.

Hər şey dekabrın 15-də bilinəcək: məhz həmin gün Avropa Məhkəməsi Superliqanın mövcudluğu ilə bağlı verdiktini açıqlayacaq. Burda iki perspektiv var: ya Superliqa fəaliyyət azadlığı qazanacaq, ya da məhkəmə UEFA-nın beynəlxalq turnirlər keçirməklə bağlı eksklüziv hüququnu tanıyacaq.
Superliqa ideyasını işə salmaqla bağlı birinci cəhd iflasa uğradı, indi isə ikinci cəhd ərəfəsindəyik. Görəsən, bu dəfə uğurlu olacaqmı?

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-10-2022, 20:0

İspaniyada yeni idman qanunu ölkə çempionatını “dayandıra” bilər

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 209
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 170
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə