• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Avropa futbolu dünya idmanında aparıcı rolunu itirir”

Dünya futbolu

13-11-2022, 10:0

Superliqa ideyası Avropa futbolunun üzərini qara bulud kimi alıb və çəkilmək bilmir.

Bu layihənin yeni baş direktoru Bernd Rayhart da fəallaşmağa başlayıb. O, Toni Kroosun “Einfach Mal Luppen” podkastında maraqlı açıqlamalar verib:

“Biz UEFA-ya dialoq yolu təklif etdik və bu təklif qəbul olundu. Gələn həftə bu məsələni qitə futbol qurumu ilə müzakirə etmək üçün Nyona yollanacam. “Dialoq” ifadəsi altında belə anlayıram ki, hər iki tərəfin fikirləri dinlənilsin, bu ideyanı müzakirə edə bilək. Əlbəttə, bütün məsələlərdə razılaşa bilmərik. Ancaq bu məqam hələ də yan gəzən, bəlkə də ideyaya görə sanksiyalarla üzləşəcəyindən ehtiyatlanan klublar üçün yaxşı əlamətdi”.


Kroosun verilişinə Rayhartı çağırması təsadüfi deyil – “Real”ın yarımmüdafiəçisi klub prezidenti Florentino Peresin əsas ideoloqu olduğu Superliqa
ideyasını tam dəstəkləyir. Toninin açıqlamasına baxaq:
“Heç vaxt öz prezidentinə qarşı getmək olmaz (gülür). Bu çoxdan olmalıydı. Düşünürəm ki, bu ideyanın gerçəkləşməsi üçün müəyyən vaxt lazımdı, bəlkə də mən fəaliyyətdə olan oyunçu kimi həmin günləri görməyəcəm. Fikrim belədi ki, bunun baş verəcəyinə hələ də inanıram, ancaq məhz nə vaxt olacağını deyə bilmərəm”.


Rayhartın dediyinə görə, yaxın iki-üç il ərzində Superliqa ideyası işə düşməlidi. Təxmini start tarixi kimi 2024/25 mövsümü göstərilir. Düzdü, ideyanın yaradıcı olan 12 klubdan hələ ki yalnız üçü onu fəal şəkildə dəstəkləyir. Sadəcə, əvvəllər Superliqa ideyasını “Real”, “Barselona” və “Yuventus” bossları çılğın şəkildə təbliğ edirdisə, indi bu funksiyanı Rayhart öz üzərində götürüb. Almaniyalının bəzi yeni açıqlamaları:

• Superliqanın statusu haqda: “Çox canlıdı. Onun ölü olduğunu demək istəyənlər var, ancaq haqqında çox danışılması hər şeyi aydın göstərir. Avropada, heç şübhəsiz, “Yuventus”, “Real” və “Barselona”nın baxışlarını bölüşən klublar var və indi onlar öz fikrini bildirmək imkanı qazanıb”.
• Premyer-liqa klubları ilə danışıqlar haqda: “Biz könüllü danışmağı təklif edirik. Kimsə qapıları bağlayırsa, əlbəttə, belələri ilə təmas qura bilmərəm. Ancaq gözləyirəm ki, əsas klublar maraq göstərəcək, bu durumu müzakirə etmək istəyəcəklər. Bir qrup klub var ki, hələ də bu ideyanın marağındadı və tənqidlərə baxmayaraq, həll yolları təklif edirlər. Bu klublar qayıdırlar, bizi dinləyirlər, özləri üçün bəzi yeni mətləblər hasil edirlər və dialoqa qoşulurlar”.
• Format haqda: “Heç kimi arxada qoymaq istəmirik. Yeni yanaşmamızda Superliqaya yüksəlmək və oranı tərk etmək də nəzərdə tutulub. Avropa futbolu dünya idmanında aparıcı rolunu itirir, klublar isə imkanlar baxımından geri qalır. Mövcud sistem yetərincə qeyri-sabitdi, bəs etmir. Düşünürəm ki, klubların öz taleyini müəyyənləşdirmək imkanı olmalıdı, onlar da maliyyə riskləri ilə üzləşirlər. Klubların əksəri daha belə davam etməyin mümkün olmaması ilə bağlı fikirlə razılaşır”.

Superliqa üçün yeni struktur yaradılıb

Superliqa ideyası ilə bağlı dəyişikliklər 20 gün əvvəl açıqlanıb. 48 yaşlı Bernd Rayhart “A22 Sports Management”in rəhbəri təyin olunub. Bu artiq Superliqanın dəstəklənməsi və inkişafı ilə məşğul olacaq ayrıca şirkətdi. Rayhartın ilk vəzifəsi klublar, oyunçular, məşqçilər, azarkeşlər, media və siyasi xadimlər qarışıq futbol ictimaiyyətinin geniş təbəqələri ilə dialoqu qaydaya salmaqdı. O, salamlaşma mesajında belə deyib:
“Avropa klub futbolunda indiki durum öz-özünə həll olunmayan problemlərlə xarakterizə olunur. “Real”la “Barselona”nın prezidentləri, həmçinin “Yuventus”un sədri yaxınlarda idman qarşısında duran problemlərlə bağlı baxışlarını ortaya qoyub. Hesab edirəm ki, onlar doğru suallar qoyurlar. Şəxsən mən onda maraqlıyam ki, çoxlu fərqli fikir eşidək, Avropa futbol ictimaiyyəti birlikdə doğru cavablar tapsın. Hamımızın sevdiyi oyun məhdudiyyətlərdən azad olan açıq və səmimi dialoqdan qazanacaq, ciddi islahatlar yolu ilə futbolun parlaq gələcəyin nail olmalıyıq”.


Rayhart haqda nə bilirik?

O, yaxın vaxtlara qədər Almaniyanın “RTL Deutschland” media şirkətində baş direktor vəzifəsini tutub. Karyerasına “UFA Sports” idman marketinqi agentliyində başlayıb, 2003-cü ildən isə idman hüquqları üzrə ixtisaslaşan “Sportfive” agentliyində marketinq üzrə menecer kimi çalışıb. 2004-də İspaniyanın “Antena 3” (indi “Atresmedia” adlanır) media şirkətinə keçib, orda artıq investorlarla əlaqələr üzrə bölməyə rəhbərlik edib. 2007-13 aralığında almaniyalı “Multichannel”də icraçı direktor olub. 2013-də “RTL Group”da işə başlayıb, VOX telekanalının direktoru olub. 2019-un yanvarında “RTL Deutschland” qrupunun direktoru vəzifəsinə yüksəlib və ötən ilin sonuna qədər bu qurumu idarə edib.

Superliqanın bossları məhkəmə qərarını gözləyir

Rayhartın dialoq təşəbbüsü Avropa Məhkəməsində davam edən proseslə paralel irəliləyir. Qurumun ya dekabrda, ya da gələn ilin əvvəlində qərar verməsi gözlənilir. Bu iş üzrə iddiaçılardan biri də “A22 Sports Management” şirkətidi. Söhbət nədən gedir? Madrid məhkəməsi ötən il inqilab cəhdinə görə klubların intizam tədbirlərinə məruz qalmasına etiraz, bunun dayandırılmasını tələb edən “Real”, “Barsa” və “Yuve”nin tərəfini tutdu. UEFA cavabında hakim Manuel Ruis de Laranın prosesdən uzaqlaşdırılmasını tələb etdi, ancaq imtina ilə üzləşdi, üstəlik qitə futbol qurumu cərimələndi və üzərinə məhkəmə xərclərini ödəmək qoyuldu. Ardından iş Avropa Məhkəməsinə yönəldi, indi bu qurumun vəzifəsi UEFA-nın fəaliyyətinin inhisarçılığa xidmət edib-etmədiyini, rəqabət qanununun pozulub-pozulmadığını müəyyənləşdirməkdi. Məhkəmə ya UEFA-nın beynəlxalq yarışları keçirməklə bağlı müstəsna hüququnu tanıyacaq, ya da Superliqanın təşkilatçılarına fəaliyyət azadlığı verəcək.

Həmin vaxta qədər Rayhart, Peres və Anyellinin Superliqanın yeni layihəsinin uğursuzluğa düçar olan variantdan fərqlənməsi ilə bağlı bəzi bəyanatlar verəcəyi gözlənilir. Turnirin təşkilatçıları yeni formatda bəzi klubların iştirakının öncədən təmin olunması ilə bağlı bənddən imtina edəcək – buna görə ciddi tənqidə məruz qalıblar. İdeya rəhbərləri bu dəfə daha çox sayda klubun iştirakı ilə keçiriləcək müzakirələrin gedişində yeni format hazırlamağı planlaşdırır. Hələ ki ideyanın əsas əleyhdarları həminkilərdi – UEFA və La Liqanın bossu Xavyer Tebas. UEFA prezidenti Superliqanın futbol saymır, Tebas isə belə hesab edir ki, dialoq mümkünsüzdü: “Real” və “Barselona” ilə problem futbolun baza prinsipləri, mövcudluğu ilə bağlıdı. Siz həyatla bağlı bir cür düşünürsüz, onlar başqa cür. Məsələn, bəziləri abortu dəstəkləyir, bəziləri də onun əlayhinədi, belədə konsensus mümkünsüzdü. Onlar milli liqalar üçün öldürücü modelin tərəfdarısa, konsensusa necə nail olaq? Burda razılığa gəlmək mümkünsüzdü, ya lehinəsən, ya da əleyhinə. Klubların məhvinə aparan məsələdə konsensusa nail olmaq mümkün deyil”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-10-2022, 12:0

Peres Kroosun getməsini istəmir

Dünya futbolu

22-10-2022, 20:0

İspaniyada yeni idman qanunu ölkə çempionatını “dayandıra” bilər

Dünya futbolu

28-10-2022, 14:0

Superliqa ideyası İspaniya futbolunda çaxnaşma yaradıb

Aktual
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
"Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
“İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
“Qardaş ölkə topa nəzarət etsə də, uduzdu” – Türkiyənin çatışmazlığı nə idi?
“Neftçi” Varqas üçün milyonyarım ödəyəcək?
Son xəbərlər
  • Bu gün, 00:57
    Avropa çempionu debütantla bacarmadı, Belçika - Misir oyununda heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:25
    CAS-ın "Turan Tovuz"la bağlı qərarı açıqlandı - SON DƏQİQƏ
  • Dünən, 23:20
    Milli komandada yeni müqavilə
  • Dünən, 23:00
    İngilislər üçün böyük təhlükə
  • Dünən, 22:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:32
    MBA ilə MHL-də çempion müəyyənləşdi - Tramp təbrik etdi
  • Dünən, 22:21
    "Şəfa" üç futbolçunu yola saldı
  • Dünən, 21:37
    Messi və Ronaldo üçün 6-cı DÇ, Mbappe üçün Klozeni ötmək imkanı
  • Dünən, 21:07
    "Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
  • Dünən, 20:59
    Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
  • Dünən, 19:58
    ''Neftçi''nin sabiq ulduzu efirdə ağzına gələni danışdı! - ''11'' nömrə kimdi?''
  • Dünən, 19:12
    "Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
  • Dünən, 18:41
    Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri
  • Dünən, 18:27
    AFFA-nın baş katibi FİFA-nın sammitində
  • Dünən, 18:06
    İki boksçumuz Dünya kubokuna qələbə ilə başladı
  • Dünən, 17:50
    Terim DÇ-yə məğlubiyyətlə başlayan Türkiyəyə məsləhətlər verdi
  • Dünən, 17:10
    “İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
  • Dünən, 16:30
    "Kəpəz"in sabiq qapıçısı "Şəfa"da
  • Dünən, 16:25
    "Pafos" Murad Məmmədovun keçidini açıqladı
  • Dünən, 15:53
    Parisi tərk edəcək
  • Dünən, 14:55
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 14:37
    FİFA ABŞ-yə buraxılmayan hakimin pulunu ödəyəcək
  • Dünən, 14:13
    Topuriyanın məğlubiyyətsizlik seriyası başa çatdı - Castin Qetji Ağ Evdə kəmərin sahibi oldu
  • Dünən, 13:43
    Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram”
  • Dünən, 13:22
    “Sabah” basketbol klubunda yeni təyinat
  • Dünən, 12:51
    Avstraliya tarixində bir ilkə imza atdı
  • Dünən, 12:20
    Arda Turan ilin məşqçisi seçildi
  • Dünən, 11:59
    “Bizlə cinayətkarlar kimi davranırlar” - Seneqal və Özbəkistan yığmaları sərt yoxlamaya məruz qalıb
  • Dünən, 11:28
    “Qardaş ölkə topa nəzarət etsə də, uduzdu” – Türkiyənin çatışmazlığı nə idi?
  • Dünən, 10:57
    “Turan”da kütləvi ayrılıq
  • Dünən, 10:26
    “Neftçi” Varqas üçün milyonyarım ödəyəcək?
  • Dünən, 10:00
    Kot d'İvuar və İsveçdən qələbə - DÇ səhəri
  • 14-06-2026, 23:0
    “10 gün keçəndən sonra mənə yaxınlaşıb bonus istəyirdilər ki, pulumuzu...” – Ağasəlim Mircavadov
  • 14-06-2026, 23:0
    Almaniya debütantı darmadağın etdi - DÇ gecəsi
Daha çox
Oxunub: 500
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 274
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 263
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 251
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 226
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə