"Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

11.01.2025 17:24 350
Ölkə futbolu
Misli premyer-liqası təmsilçiləri "Araz-Naxçıvan" və "Səbail" yoxlama matçı keçirib.

"Football-plus.az" xəbər verir ki, "Azərsun Arena"da keçirilən görüş Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. "Qırmızı-ağlar"ın heyətində Bernardo Dias və Miço Kuzmanoviç fərqlənib. "Dənizçilər"in yeganə qolunu isə Madi Queta vurub.