“Qarabağ”ın Çempionlar Liqasının 2-ci turunun "Kopenhagen"ə qarşı matçında (2:0) yaşanan xoşagəlməz olayların səbəblərini araşdırmağa başladığını xəbər vermişdik.
Xatırladaq ki, klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Football-plus.az”a açıqlamasında matçı stadiondan izləməyə gələn minlərlə azarkeşin tribunadakı yerini vaxtında tuta bilməməsi nəticəsində ortaya çıxan fəsadların səbəblərini araşdırmağa başladıqlarını demişdi.
İş ondadı ki, hələ araşdırmanın hansı sonluqla bitdiyi haqda ictimaiyyətə məlumat verilməyib. Bu üzdən yenidən Anar bəylə əlaqə saxladıq. Onun saytımıza cavabı: