“Qarabağ” nə vaxt toplanışa başlayır? – Anar Hacıyevin cavabı

11.06.2024 15:14 403
Premyer-liqa / Manşet
Premyer-liqa klublarının bir çoxunda hərəkətli anlar yaşansa da, “Qarabağ”, nəhayət, dünən ilk transferini açıqladı.

Çempion qapıçı Fabiyan Buntiçlə anlaşdığını ictimaiyyətə çatdırdı. “Köhlən atlar”ın hazırlıq planları isə hələ ki bəlli deyil. Bəs Ağdam klubu toplanışa nə vaxt başlayır?

Bununla bağlı bilgi almaq üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a açıqlaması:
“Komanda artıq bir neçə gün sonra toplanış üçün bir araya gələcək. Ətraflı bilgi klub tərəfindən rəsmi saytda yerləşdiriləcək”.

Xatırlayırsızsa, “Qarabağ” hər il çempionluq münasibəti ilə media nümayəndələri üçün ziyafət təşkil edirdi. Bu il isə həmin praktikadan vaz keçdi:
“Xeyr, hazırda hər hansı belə tədbir planlaşdırılmır. Komanda artıq toplanışa hazırlaşır”.


RÖYANƏ OĞUZ