Runi Slotu tənqid etdi

8.10.2025 12:00 14
Dünya futbolu
Ueyn Runi “Liverpul”un baş məşqçisi Arne Slotu tənqid edib.

"Football-plus.az" xəbər verir ki, onun tənqidinə “Liverpul” Çempionlar Liqasının 2-ci turunda “Qalatasaray”a 0:1 uduzması səbəb olub:
“Düşünürəm ki, “Liverpul” həqiqətən zəif oynadı. Məni narahat edən odu ki, onlar uduzduqları zaman Slot bütün hücumçularını oyuna buraxaraq “gedin, özünüz həll edin” kimi bir şey deyib. Yəni müdafiədə topu neçə dəfə itirdiklərini və əks-hücumlara məruz qaldıqlarını, üstəlik Alissonun zədəsini nəzərə alsaq, oyun “Liverpul” üçün daha da pis nəticələnə bilərdi. Düşünürəm ki, çempionluq qazananda bəzən müəyyən qərarlar diqqətdən kənarda qalır. Mən onun Soboslai və Frimponq barədə qərarlarını nəzərdə tuturam. Amorim bunu “Mançester Yunayted”də etsəydi, onu məhv edərdilər”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul