“Liverpul”un tarixinə yeni rekordçu kimi düşdü

7.10.2024 21:56 294
Dünya futbolu
“Liverpul”da İngiltərə çempionatının 7-ci turunda “Kristal Pelas”a səfərdə minimal hesabla qalib gəlib.

Komandanı çalışdıran Arne Slot klubun yeni rekordunu müəyyən edib. Belə ki, 46 yaşlı niderlandlı mersisaydlılarla keçirdiyi ilk 10 oyunda 9 qələbə qazanan birinci mütəxəssis kimi tarixə düşüb. Slot komandanı cari mövsümdən çalışdırır.

“Liverpul” bu mövsüm yalnız premyer-liqada “Nottingem Forest”ə uduzub (0:1).

Slotun komandası hazırda çempionatda 18 xalla liderdi.