“Yuventus”la yeni müqavilə bağlayacaq

6.10.2025 22:57 5
Dünya futbolu
Kənan Yıldız tezliklə haqqında gəzən şayiələrə son qoyacaq.

“Yuventus” rəhbərliyi türkiyəli oyunçu ilə bağlı qərarını verib.

Turin klubu 20 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadacaq. Yeni sözləşməyə əsasən, futbolçunun maaşının da artırılacağı gözlənilir.

Türkiyə millisinin üzvü “Yuventus”da 2022-ci ilin yayından çıxış edir.