Yamal ilə Levandovskinin aqibəti məlum oldu

14.11.2024 21:50 334
Dünya futbolu
“Barselona”nın zədəli futbolçuları Lamin Yamal ilə Rovert Levandovskinin aqibəti məlum olub.

İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, Yamalın sağ ayaq biləyi burxulub. O, təxminən 2-3 həftə yaşıl meyanlardan kənarda qalacaq.
Levandovski isə 10 gün oynaya bilməyəcək.

Yamal bu mövsüm meydana çıxdığı 16 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə edib. Levandovski isə 17 oyunda komandaya 14 qol və 2 məhsuldar ötürmə ilə fayda verib.