İngiltərə futbolunun əfsanəsi Osimhendən üzr istədi

4.10.2025 22:05 18
Dünya futbolu
''Qalatasaray''ın ''Liverpul'' üzərində zəfəri İngiltərədə gündəm olmaqda davam edir.

Xüsusilə Viktor Osimhenin qələbə qolunun müəllifi olması və oyunboyu ''Liverpul''un müdafiəsinə çətin anlar yaşatması onun yayda İngiltərəyə yollanmaması mövzusunu yenidən gündəmə gətirib. Çünki nigeriyalı forvard yayboyu bir sıra İngiltərə nəhənglərinin hədəfində idi. Amma sonda yenə də İstanbul nəhənginə qismət oldu.

Bu arada İngiltərə futbolunun əfsanəsi Qari Lineker Osimhendən üzr istəyib. Futbol eksperti kimi fəaliyyət göstərən Lineker həftənin əvvəlində ''Qalatasaray'' - ''Liverpul'' oyunu barədə danışarkən Osimhen haqda tənqidi fikirlər səsləndirmişdi. O, qatıldığı bir podkastda bunları deyib:
''Osimhendən üzr istəyirəm. Çünki bəzi matçlarda meydanda sanki yoxa çıxdığına işarə vurmuşdum. Ancaq indi durumun fərqli olduğuna və sözlərimin yanlış olduğuna inanıram. Bu məsələdə dedi-qodu ilə məşğul olmamalı idim. Bu, tamamilə mənim səhvimdi. Osimhen sürətli, ucaboy, yaxşı bitirici və hava toplarında da əla oynayan bir forvarddı. Hər mənada əla oyunçudu''.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul