“Football-plus.az” bu məsələ ilə bağlı Elvin Həsənovun fikrini öyrənib:
“Dərin mövzuya toxunduz. Bir müddət əvvəl klubla azarkeşlər arasında küskünlük olmuşdu. İnşallah, yenə də stadion dolacaq, azarkeşlər qayıdacaq. Hazırda azarkeşlərlə aramız çox yaxşıdı. Üç ağır sınağın ikisindən üzüağ çıxdıq. Azarkeşlərin qayıtması yönündə də işlər gedir. Belə sıxıntımız yoxdu. Azacıq küskünlük var idi, artıq həll olunub. İnanırıq ki, bu sıxıntı da həll olunacaq. Quba futbolu sevir, bizi sevir. Qarşıdakı iki-üç turda bunun nəticəsi görüləcək”.
MÜZƏFFƏR QULUZADƏ





