“Biz də 1-ci liqaya çıxmaq istəyirik” – “Hypers Quba” ümidlidi

16.05.2025 15:56 31
Aktual / Ölkə futbolu
2-ci liqada təkcə çempionluq yox, 4-cü yer, yəni pley-offa vəsiqə uğrunda da amansız mübarizə var.

25 oyundan sonra “Hypers Quba” 48, “Şəmkir” 47 xal toplayıb. Qarşıdakı – sonuncu turda qubalılar səfərdə “Araz-Saatlı” ilə, “Şəmkir” isə evdə “Sheki City” ilə qarşılaşacaq.

“Football-plus.az” “Hypers Quba”nın baş məşqçisi Elvin Həsənovun son oyunla bağlı fikirlərini öyrənib:

“Hər şey sonuncu tura qaldı. “Sheki City” 25-ci turda qələbə qazanmaqla 2-ci liqada qalmağı təmin edib. Buna görə də, məncə, prinsipial oyun olmayacaq. ”Şəmkir” üçün çox rahat oyun olacaq. Hər bir komandaya uğurlar arzulayıram Güclü olan, layiq olan pley-offda oynasın. Biz də 1-ci liqaya çıxmaq istəyirik. Sonuncu turdan sonra hər şey aydın olacaq”.

MÜZƏFFƏR QULUZADƏ