O da Asiyaya üz tutdu

29.09.2025 15:05 23
Dünya futbolu
Simon Banza da bir çoxları kimi Avropadan Asiyaya yollanıb.

“Braqa”nın hücumçusu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. Konqolu forvard “Əl-Cəzirə” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Simon ötən mövsüm icarə əsasında “Trabzonspor”da çıxış edib. O, Türkiyə çempionatında meydana çıxdığı 31 oyuna 19 qol vurub.