Millimiz üçüncü yeri tutdu - AÇ

14.09.2025 14:33 7
Ölkə futbolu
Çimərlik futbolu üzrə millimiz Avropa çempionatı – 2025-in (EBSL) bürünc medalını qazanıb.

"Football-plus.az" xəbər verir ki, B Liqasında yer alan millimiz 3-cü yer uğrunda oyunda Qazaxıstan yığmasını 7:1 hesabı ilə məğlub edib.

Millinin heyətində qolları Elçin Qasımov, Kamran Qürbətov, Bayram Bayramlı, Sahib Məmmədov, Orxan Məmmədov, Ramil Əliyev və Comərd Baxşəliyev vurublar.