Çimərlik futbolu üzrə millimiz Moldovaya qarşı

5.07.2023 10:31 280
Yığma
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, komanda Moldova yığması ilə üz-üzə gələcək.

“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq matç saat 18.45-də başlayacaq.

A qrupunun digər görüşündə İtaliya və Estoniya seçmələri qarşılaşacaqlar. Bu duel isə 13.30-da start götürəcək.

Azərbaycan millisinin heyəti:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular:
Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov, Tural Qurbatov