Millimiz 13-cü oldu

9.07.2023 17:29 240
Yığma
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Qol.az xəbər verir ki, “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında 13-cü yer uğrunda İsveçrə yığması ilə oyun 6:6 hesabı ilə nəticələnib.

Penalti seriyasını daha dəqiq yerinə yetirən millimiz yekunda 5:4 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını hərəyə iki dəfə Elşad Manafovla Ramil Əliyev və Orxan Məmmədovla, Comərd Baxşəliyev vurublar.