"Benfika" - "Qarabağ" matçının biletlərinin qiymətləri

4.09.2025 10:00 26
Ölkə futbolu
Çempionlar Liqası çərçivəsində keçiriləcək "Benfika" - "Qarabağ" matçının biletlərinin qiymətləri açıqlanıb.

"Football-plus.az" Portuqaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər 40-60 avro arasında satılacaq.

Biletlər sentyabrın 5-dən satışa çıxarılacaq. Lakin VIP yerlərin qiymətləri hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, "Benfika" - "Qarabağ" matçı sentyabrın 16-da Portuqaliyada keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Komandalar turnirin əsas mərhələsinin ilk turunda üz-üzə gələcək.