Mehdi Taremi İtaliyanı tərk edib.
"Football-plus.az" xəbər verir ki, “İnter”in hücumçusu karyerasını Yunanıstanda davam etdirəcək.
33 yaşlı futbolçu bundan sonra “Olimpiakos”un formasını geyəcək. “Olimpiakos” iranlı futbolçu üçün Milan klubuna 2,5 milyon avro ödəyəcək. Taremi ötən mövsüm “İnter”də ümumilikdə 43 matç keçirib, 3 qol vurub.