“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.
Milan klubu “Portu”nun sabiq hücumçusu Mehdi Taremini transfer edib. 31 yaşlı iranlı ilə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına qədərdi. Mehdi “İnter”ə azad agent kimi keçib.
O, “Portu”da 2020-ci ildən oynayırdı. Təcrübəli futbolçu ötən mövsüm bu komandada bütün turnirlərdə 35 oyun keçirib və 11 qol vurub.