“İnter” kanadalı futbolçu aldı

5.01.2024 11:54 200
Dünya futbolu
“İnter” heyətinə yeni futbolçu cəlb edəcək.

"Football-plus.az" xəbər verir ki, “Brügge”nin vingeri Tacon Byukenen karyerasını İtaliya klubunda davam etdirəcək.

İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, “İnter” Kanada millisinin oyunçusunun transferi üçün 7 milyon avro və əlavə bonuslar ödəyəcək. 24 yaşlı Byukenen bu gün milanlılar üçün tibbi müayinədən keçəcək.

O, cari mövsümdə Byukenen “Brügge”də 20 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.