Doqquz tribuna üçün bilet

30.08.2025 11:02 12
İdman
“Formula-1” üzrə dünya çempionatının Azərbaycan mərhələsinə az qaldı. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, ümumilikdə 12 tribuna tədbir iştirakçılarını qarşılayacaq, bunlardan ikisi yeni tikilib.

"Football-plus.az" xəbər verir ki, 9 tribunaya biletlər artıq satılıb. 2025-ci ildə 20 mindən çox oturacaq yeri nəzərdə tutulub, ilk bilet Avstraliyadan alınıb, indiyə qədər isə 100-dən çox ölkənin vətəndaşlarına bilet satılıb.

Sentyabrın 19-da italyan-amerikalı məşhur dicey Anima Bakı səmasını elektron musiqi və vizual sənət elementləri ilə dolduracaq. Ertəsi dünyaca məşhur dicey Martin Qarriks enerjili ritmlərlə həftəsonuna həyəcan qatacaq. Sentyabrın 21-də isə qlobal musiqi fenomeni “Glass Animals” çıxışı ilə tədbiri zirvəyə daşıyacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul