Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 24-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
"Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. “Araz-Naxçıvan” – “Səbail” oyununda “Araz-Naxçıvan”ın 5 nəfər sarı vərəqə aldığına görə Naxçıvan təmsilçisi 700 manat cərimələnib. "Qarabağ” – “Sabah” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Qarabağ” 500 manat cərimə edilib. “Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı”dan 4 nəfər sarı vərəqə aldığına görə bölgə təmsilçisi 700 manat cərimələnib.