Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində yer alan “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayacaq.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Avstriyada keçirlən qrup oyununda Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19.00-da start götürəcək.
Araz-Naxçıvan – Sparta Belfast (Şimali İrlandiya)
27 avqust. Linz. NMS İdman Sarayı. Saat 19.00
Qeyd edək ki, bu qrupun bütün oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.