“Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər

6.08.2025 13:30 9
İdman
Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldğı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, qrupun matçlarında 4 referi ədaləti qoruyacaq.

Orest Dutsyak (Ukrayna), Qonsalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro), Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaq.

Hakim-inspektor funksiyasını Talal Daravşi yerinə yetirəcək.

Xatırladaq ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alıb. "Qırmızı-ağlar" avqustun 27-də Şimali İrlandiyanın “Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq.

Bu qrupun oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.