"Araz-Naxçıvan" növbəti oyununu keçirəcək

22.08.2024 10:31 294
İdman
Ölkəmizi futzal üzrə Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" bu gün turnirin ilkin mərhələsində növbəti matçını keçirəcək.

"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan komanda Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşacaq.

İsveçin Uddevalla şəhərində gerçəkləşəcək görüşün start fiti Bakı vaxtı ilə saat 18.00-da səsləndiriləcək.

Qeyd edək ki, ilk oyunda Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub edən Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 24-də İsveçin “Uddevalla” ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.