Qauff məşqçisindən imtina etdi

25.08.2025 23:28 8
İdman
“Böyük dəbilqə” yarışlarının ikiqat qalibi, dünyanın 3-cü raketkası, amerikalı Kori Qauff məşqçisi Metyu Deyli ilə yolları ayırıb.

ESPN xəbər verir ki, 21 yaşlı tennisçi bundan sonra məşqçi Jan-Kristof Fore və biomexanika üzrə mütəxəssis Qevin Makmillan ilə əməkdaşlıq edəcək.

Makmillan əvvəllər dünyanın birincu raketkası Arina Sobolenko ilə çalışıb. Deyli adı çəkilən nəşrə belə deyib:
“Kori haqda yalnız xoş sözlər deyə bilərəm, onunla çalışmaq xoşuma gəldi”.
Amerikalı məşqçi Qauffun komandasına ötən ilin sentyabrında qoşulmuşdu.